Azərbaycanda cinayət işinin başlanmasının rədd edilməsi qaydaları müəyyənləşir
sizinxeber.az xəbər saytı

Azərbaycanda cinayət işinin başlanmasının rədd edilməsi qaydaları müəyyənləşir


Azərbaycanda cinayət işinin başlanmasının rədd edilməsi qaydaları müəyyənləşir.

"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Dəyişikliyə əsasən, icraatında kommersiya mülki iş, və ya inzibati mübahisələr üzrə, yaxud inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin iş üzrə şəxsin əməllərində cinayətin əlamətlərini aşkar etdikdə bu barədə Mülki Prosessual Məcəllə və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq qəbul etdiyi xüsusi qərardadı və ya məhkəmədə olan materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərəcək. Göndərilmiş xüsusi qərardad və ya materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında ləğv edilməmiş qərar olduqda həmin məsələ yuxarıda nəzərdə tutulmuş qaydada həll ediləcək.

Qeyd edək ki, mövcud qanunvericiliyə görə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı prokuror göstərilən qərarı ləğv edir, 10 gündən artıq olmayan müddətdə əlavə yoxlama keçirilməklə və yaxud keçirilməməklə cinayət işinin başlanması haqqında qərar qəbul edir və onu ibtidai istintaqın aparılması üçün müstəntiqə göndərir, yaxud cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarı dəyişdirilmədən saxlayır.

Oxşar xəbərlər

Parlament cinayət işinin başlanmasının rədd edilməsi qaydalarına əlavələri ilk oxunuşda qəbul edib
İstintaq və təhqiqat orqanları struktur qurumlarının rəhbərlərinə yeni səlahiyyət verilib
Hərbçilərin ictimai təhlükə törətməyən cinayətləri üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat aparılacaq
Parlament hərbçilərin ictimai təhlükə törətməyən cinayətləri ilə bağlı dəyişikliyi ilk oxunuşda qəbul edib
MM bank kartlarının talanmasına görə şikayətlərə 24 saat ərzində baxılmasını ilk oxunuşda qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər