Gəncədə tarixi binaların üzərindəki reklam lövhələri sökülüb
Gəncədə yerləşən tarixi memarlıq abidələrinin fasadlarında qanunsuz yerləşdirilmiş reklam lövhələri demontaj edilib.
Bu barədə "Report"a Azərbaycan Dövlət Reklam Agentliyindən (ADRA) məlumat verilib.
Məlumata əsasən, bu mərhələdə reklam yayımı dayandırılan obyektlərin sayı 30-a yaxın, demontaj olunan reklamların sayı isə 40-dan çox olub. Tarixi abidələrin fasadlarına xələl gətirən reklamların aradan qaldırılması ilə yanaşı obyekt sahibləri ilə maarifləndirici söhbətlər aparılıb, onlara qanunvericiliyin tələbləri izah edilib.
"Məqsəd tarixi memarlıq abidələrinin ilkin görünüşünün qorunması, açıq məkanda estetik reklam mühitinin formalaşdırılması və qanunvericiliyin tələblərinə cavab verməyən kommersiya məqsədli reklamların yayımlanmasının qarşısının alınmasıdır. Gəncə Regional Reklam İdarəsi tərəfindən bu istiqamətdə nəzarət tədbirləri davam etdiriləcək", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Dövlət Agentliyi: Qanunsuz reklam yayımına dair müraciətlərin sayı 35 % artıb
Bakıda 9 419 müxtəlif reklam daşıyıcısı demontaj olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"APA Media Group"un 4 əməkdaşı MEDİA-nın müsabiqəsində qalib olub
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
