XİN-dən ABŞ-a sərt reaksiya: separatçılara dəstək...
ABŞ beynəlxalq öhdəliklərə uyğun olaraq, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi çərçivəsində Azərbaycan ərazilərinin işğaldan azad edilməsinə, Ermənistan silahlı qüvvələrinin çıxarılmasına, o cümlədən erməni qondarma rejiminin ləğvinə heç vaxt çağırış etməyib.
Axar.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə ABŞ Dövlət Departamenti rəsmilərinin Azərbaycan əleyhinə bəyanatlarına cavabında deyib.
Əksinə, ABŞ Ermənistanı yanlış istiqamətə yönəldib, separatçıların qeyri-qanuni fəaliyyətinin müdafiəsi məqsədilə ABŞ-a səfər etmələri üçün imkanlar yaratmaqla və maliyyə vəsaiti ayırmaqla Azərbaycan ərazilərində qanunsuz rejimin saxlanılmasına dəstək verib”, - XİN rəsmisi bildirib.
O qeyd edib ki, əgər ABŞ Azərbaycana, habelə beynəlxalq sülh və təhlükəsizliyə qarşı təhdidlərə fərqli münasibət göstərsəydi Azərbaycana qarşı təhdidlərin güc yolu ilə həllinə ehtiyac qalmazdı və məsələ sülh yolu ilə həll olunardı.
Oxşar xəbərlər
Ayxan Hacızadədən ABŞ rəsmilərinin bəyanatlarına - Cavab
Rəsmi Bakıdan Borrellə cavab
XİN: Fransa xarici işlər nazirinin açıqlamaları bölgədə mövcud reallıqların təhrif edilməsinə yönəlib
Paşinyan Azərbaycana göstərməyə çalışır ki... - Ermənilərdən qəribə İDDİA
Azərbaycan XİN Emmanuel Makrona cavab verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













