İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video
sizinxeber.az xəbər saytı

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video


İTV-nin “Azərbaycanın dörd eksklav kəndi mübadilə edilə bilər?” materialında şərh verən tarixçi, alim, deputat Anar İsgəndərov Başkəndin Qazax ərazisində olduğunu bildirir (tarixçinin tarixdən məlumatlılıq dərəcəsi), digər deputat Rasim Musabəyov isə Başkəndin heç bir "strateji əhəmiyyəti" olmadığını deyir və gələcəkdə "mübadilə üçün" öz aləmində "əsas yaratmağa" cəhd edir.

Axar.az xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Əziz Əlibəyli sosial şəbəkə hesabında yazıb.

O, deputatlara ciddi iradlarını bildirib:

“Musabəyov bilməli idi ki, Başkəndin erməni işğalında qalması Şınıx zonasının 28 kəndi ilə yanaşı, bütöv Gədəbəy, Şəmkir (dolayısı ilə Gəncəyə qədər) Tovuz ərazisinin təhlükə altına düşməsi deməkdir.

Bu şəxslərin səthi məlumatlılıq səviyyəsi ölkə rəhbərliyinin sözügedən istiqamətdə apardığı siyasətə nə dərəcədə adekvatdır və onun, komandasının baxışlarına zərbə vuraraq, niyə Ermənistan baş nazirinin istinad əlini gücləndirməyə xidmət etməlidir?”


Oxşar xəbərlər

"Paşinyan Azərbaycanın tələb etdiyi 4 kəndi geri qaytarmağa hazırdır, ancaq..."
Nikol sirri açdı: Almatı Bəyanatından niyə bərk yapışıb?
Nikolun 4 kənd üçün “şərti” - Bakı rədd edəcək
Azərbaycan lideri: "Biz istəyirik ki, Ermənistan nə bu gün, nə də gələcəkdə ərazi bütövlüyümüzü sual altına qoymasın"
Bu iki kənd artıq Azərbaycandadır - Paşinyan

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər