Türkiyə lideri: “Yaxın Şərqdən Qarabağadək axan qanın durması üçün əlimizdən gələni edəcəyik”
“Yaxın Şərqdən Qarabağadək axan qanın durması üçün əlimizdən gələni edəcəyik”.
“Report”un xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin IV növbədənkənar qurultaya qatılmaq üçün getdiyi Ankara idman sarayının qarşısında vətəndaşlara müraciətində deyib.
Onun sözlərinə görə, rəsmi Ankara terroru mənbəyində məhv etmək strategiyasını davam etdirəcək: "Biz terrorla mübarizəmizi qərarlı şəkildə həyata keçirəcəyik. Qonşularımızla və bölgədəki bütün ölkələrlə problemləri dialoq yolu ilə həllinə nail olacağıq. Yaxın və Orta Şərqdən Qarabağadək axan qanın durması, regionda sabitliyin bərpası üçün əlimizdən gələni etmişik, bundan sonra da edəcəyik”.
Ərdoğan hazırda İsraillə Fələstin arasında yaşanan gərginliyə də münasibət bildirib: “Biz bütün tərəfləri təmkinlə hərəkət etməyə və gərginliyi daha da artıracaq düşünülməmiş addımlardan çəkinməyə çağırırıq”.
Türkiyə lider həmçinin bildirib ki, 2024-cü il martın 31-də keçiriləcək bələdiyyə seçkilərində də prezident seçkilərində olduğu kimi əllərindən gələni edəcəklər: "Xalqımızın bizə göstərdiyi etimadı doğruldacağıq. Son dönəmlərdə ölkəmizin üzərində oynanılan oyunların uğursuzluğa düçar olması üçün prezident seçkilərində əllərindən gələni edən hər bir Türkiyə vətəndaşına, partiyamızın üzvlərinə, Cümhur İttifaqında fəaliyyət göstərən hər bir qardaşımıza təşəkkür edirəm. Zəlzələ səbəbindən yerlə-yeksan olmuş şəhərlərimizi yenidən quracaq, təbii fəlakətlər səbəbindən yararsız vəziyyətə düşmüş binaları da bərpa edəcəyik".
Oxşar xəbərlər
Ərdoğan: "Türkiyəni hədəflərinə çatdırmaq əzmindəyik" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan yenə İsrailin nüvəsindən danışdı: Şikayət etmişik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu, Qəzzada münaqişənin qarşısını almayacaq - Nebenzya [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan: “Azərbaycanlılar 30 ildən sonra Qarabağa, öz torpaqlarına qayıtdılar” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəcəb Tayyib Ərdoğan Naxçıvana gəlib - CANLI YAYIM [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












