Ağdaban qətliamından 32 il ötür
Bu gün Ağdaban qətliamının növbəti ildönümüdür.
Sizinxeber.az xatırladır ki, ermənilərin 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcər rayonunun Ağdaban kəndində törətdikləri qətliamdan 32 il ötür.
130 evdən ibarət Ağdaban kəndi həmin gün ermənilər tərəfindən tamamilə yandırılıb və yer üzündən silinib.
Kəndin 779 nəfər dinc sakininə işgəncələr verilib, 32 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb.
Ermənilərin Azərbaycanın mədəni irsinə qarşı törətdikləri vandalizm siyasətinin davamının daha bir təzahürü kimi şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edilib.
Bu faciəyə ilk hüquqi-siyasi qiymət verən Ulu Öndər Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib.
Oxşar xəbərlər
Ağdaban soyqırımı Azərbaycan xalqını sarsıtmaq məqsədilə törədilib – AÇIQ MƏKTUB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ombudsman Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çingiz Mustafayevin çəkdiklərini gözlərimlə gördüm – XOCALI SOYQIRIMININ ŞAHİDİ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncə terrorundan 3 il ötür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan üç il ötür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












