Qarabağda polislərimiz ehtiyatsızlıqdan həlak oldu
sizinxeber.az xəbər saytı

Qarabağda polislərimiz ehtiyatsızlıqdan həlak oldu


Martın 13-də saat 3 radələrində işğaldan azad olunan əraziyə ezam olunan polis əməkdaşları xidməti silahdan ehtiyatsız davranılması nəticəsində həlak olublar.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, polis nəfərinin xidməti silahdan ehtiyatsız davranması nəticəsində açılan bir atəşdən polis zabiti, 1982-ci il təvəllüdlü Ramiz İsmayılov, polis nəfəri Abid Mustafazadə xəsarət alıblar.

Göstərilən tibbi müdaxilələrə baxmayaraq, onlardan biri hadisə yerində, digəri xəstəxanaya aparılarkən həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Füzulidə DİN-in üç əməkdaşı yol qəzasında həyatını itirib
Qarabağda erməni təxribatı: daha 4 polis həlak oldu
Şəhid olan polis serjantımızın cənazəsi Naxçıvana gətirildi
Tərtərdə heyvan oturan şəxs minaya düşüb, araşdırma aparılır - YENİLƏNİB
Bu şəxslər məsuliyyətə cəlb olunacaq - Prokurorluq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər