Dövlət başçısı: Separatizm bizim torpağımızda bir daha baş qaldıra bilməz
sizinxeber.az xəbər saytı

Dövlət başçısı: Separatizm bizim torpağımızda bir daha baş qaldıra bilməz


Sentyabrın 19-da başlamış və cəmi bir gün, ondan da az davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələnmişdir.

Sizinxəbər.Az-ın xəbərinə görə, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində deyib.

Dövlət başçısı qeyd edib ki, separatçı rejim çökmüş, bizim qarşımızda diz çökmüş, ağ bayraq qaldırmış, təslim olmuş, torpaqlarımızdan əbədi olaraq çıxarılmış və tarixin zibilxanasına atılmışdır. Bununla Azərbaycanda separatizmin kökü kəsildi və separatizm - bu bəla bizim torpağımızda bir daha baş qaldıra bilməz.

“Azərbaycan Ordusu bir daha peşəkarlıq, qəhrəmanlıq, əsgər və zabitlərimiz fədakarlıq göstərmişlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Onu bildirməliyəm ki, şəhidlərimizin qanı yerdə qalmadı. Həm Birinci, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər, zabitlərimizin, mülki şəxslərin, Xocalı qurbanlarının qisası döyüş meydanında alınmışdır”, - dövlət başçısı qeyd edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev: “Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident şəhidlərimizdən danışdı [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev: Dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Üç ay öncə Xankəndi azad edildi [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər