İcma: Ermənistan öz ordusunun qalıqlarını Azərbaycanın suveren ərazisindən çıxarmalıdır
İcma: Ermənistan öz ordusunun qalıqlarını Azərbaycanın suveren ərazisindən çıxarmalıdır Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qanunsuz şəkildə qalmaqda olan Ermənistan silahlı qüvvələri 19 sentyabr 2023-cü il tarixində erkən saatlarda Xocavənd rayonunda minalardan istifadə etməklə törətdiyi diversiya hücumları nəticəsində dördü polis, ikisi mülki şəxs olmaqla altı nəfər azərbaycanlını qətlə yetirib. Erməni hərbi birləşmələrinin, bundan əlavə, Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində iki nəfər hərbi qulluqçu yaralanıb. Bu barədə Qərbi Azərbaycan İcmasının məlumatında qeyd olunub. “Bütün bunlar Ermənistanın Azərbaycan ərazilərindən qoşunlarını tam çıxarmaq öhdəliyini yerinə yetirməkdən imtina etməsi, separatizmi dəstəkləməsi, Azərbaycanın reinteqrasiya səylərini sabotaj etməsi və Azərbaycana qarşı beynəlxalq miqyasda kütləvi qarayaxma kampaniyası aparması kontekstində baş verir. Açıq görünür ki, Ermənistanın hədəfi yenidən güc tətbiq etməklə Azərbaycanın ərazilərini nəzarət altında saxlamaq və ərazi iddiasını davam etdirməkdir. Azərbaycan tərəfinin beynəlxalq hüququn norma və prinsipləri əsasında atdığı ardıcıl addımlar Ermənistana sülhü və əməkdaşlığı seçmək imkanı yaratmışdı. Təəssüf ki, Ermənistan irqçi monoetnik dövlətçilik və ərazi ekspansiyası ideologiyasından əl çəkməyib və bir sıra bədnam havadarlarının fitnəsi ilə növbəti dəfə təxribat yolunu seçib. Bütün bunları nəzərə alaraq, Azərbaycan Ordusu Qarabağda Azərbaycanın konstitusiya quruluşunun bərpası uğrunda lokal xarakterli antiterror tədbirlərinə başlayıb. Ermənistan hökuməti beynəlxalq hüquqa və öhdəliklərinə əməl etməli, öz ordusunun qalıqlarını Azərbaycanın suveren ərazisindən çıxarmalı, qanunsuz erməni silahlı dəstələri tərksilah edilməli və xunta rejimi ləğv edilməlidir. Biz beynəlxalq ictimaiyyəti Ermənistanın monoetnik dövlətçilik və ərazi ekspansiyası ideologiyasından əl çəkməsi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı qəsdini dayandırması və Ermənistandan qovulmuş azərbaycanlıların ləyaqətlə və təhlükəsiz şəkildə öz evlərinə qayıtmasına şərait yaratması üçün bu dövlətə təzyiq etməyə çağırırıq”, - məlumatda vurğulanır.
Oxşar xəbərlər
Separatçılar rus sülhməramlılara atəş açıb: ölən var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qarabağda həlak olan sülhməramlıların sayı açıqlandı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ermənistan silahlı qüvvələri artilleriya qurğularından mövqelərimizi atəşə tutur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ombudsmandan Xocavənddəki terror aktına reaksiya [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncə terrorundan 3 il ötür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












