Alen Delon malikanəsinin ərazisində dəfn olunub
Fransız aktyoru Alen Delonun Orlean yaxınlığındakı Duşi kommunasındakı malikanəsində dəfn mərasimi keçirilib.
"Sizinxeber.az" TASS-a istinadən xəbər verir ki, aktyor malikanənin ərazisində tikdirdiyi kilsədə dəfn edilib.
Mərasimdə onun üç övladı və yaxın dostları iştirak edib.
Xatırladaq ki, aktyor avqustun 18-də 88 yaşında Fransanın Duşi kommunasındakı evində dünyasını dəyişib.
1935-ci ildə dünyaya gələn Alen Delon 1957-ci ildən başlayaraq, kinoda şöhrət qazanıb. O, Lukino Viskonti və Mikelancelo Antonioni kimi böyük rejissorların filmlərində çəkilib, Romi Şnayder və Jan-Pol Belmondo ilə tərəf-müqabil olub, “Rokko və onun qardaşları”, “Macəraaxtaranlar”, “Leopard”, “Samuray”, “Zorro”, “Qara zanbaq”, “Yaramazın ölümü” və sair filmlərdə unudulmaz obrazlar yaradıb.
Oxşar xəbərlər
Alen Delon vəfat edib
Alen Delon malikanəsinin ərazisində dəfn edilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
-
Azərbaycanda pensiya kapitalı ilə bağlı mühüm MƏQAM: Birdəfəlik ödənilməsi mümkün ola bilərmi?
-
ABŞ milli kəşfiyyatının direktoru vəzifədən ayrılmazdan əvvəl səs-küylü təhqiqatları açıqlayacaq
-
"Liverpul"un sabiq qapıçısı Adrian karyerasını başa vurur
-
"Neftçi" Premyer Liqada mövsümün son oyununa çıxır
-
Tramp danışıqlarda irəliləyiş əldə olunmasa, İrana qarşı əlavə zərbələr endirmək niyyətindədir
