Kadir Doğulu şirkətini bağladı - Maaşını ala bilməyən işçilər məhkəməyə verir - FOTO
sizinxeber.az xəbər saytı

Kadir Doğulu şirkətini bağladı - Maaşını ala bilməyən işçilər məhkəməyə verir - FOTO




Aktrisa Neslihan Atagüllə xoşbəxt evliliyindən ata olmağa hazırlaşan aktyor Kadir Doğulu prodüser şirkətinin ofisini bağlayıb.

Sizinxeber.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, ofisin bağlanmasından əziyyət çəkən və maaşlarını ala bilməyən işçilər məhkəməyə müraciət edib.

Məlumata görə, Kadir Doğulu həyat yoldaşı Neslihanın da dəstəyi ilə yapım şirkəti qurmuşdu. “Alim Yapım” adlı şirkət bir-birinin ardınca layihələr çəkib. Prodüser şirkəti sonuncu dəfə Alperen Duymaz, Engin Öztürk və Büşra Develinin rol aldığı “Aşkın Pusula” serialını çəksə də, 7-ci bölümdə final qərarı alıb.

İqtisadi sıxıntı yaşayan Doğulunun işçilərini işdən çıxardığı və 3 aydır maaşlarını vermədiyi məlum olub.

Ofisi bağlayan Doğulunun qurbanına çevrilən bir çox işçi hüquqlarını axtarmaq üçün qanuni addım atmağa qərar verib.

Sizinxeber.az
QALEREYA

Oxşar xəbərlər

Beren Saat qayınanası ilə Bodrumda - FOTO
Vilma Elles və əri motosiklet qəzası keçirib
Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrılıb
Demensiyadan əziyyət çəkən Bryus Uillisin vəziyyəti açıqlandı
Röyanın keçmiş həyat yoldaşı üçüncü xanımından da boşanır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər