RTÜK qalmaqallı serialdakı səhnə ilə bağlı araşdırmalara başladı - FOTO/VİDEO
Ozan Güven, Ekin Koç, Serra Arıtürk, Hande Ataizi, Burak Yörük və Hüseyin Avni Danyalın rol aldığı "Taş Kağıt Makas" serialında səhnə izləyiciləri qəzəbləndirib.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, serialda yayımlanan səhnəyə verilən reaksiyalardan sonra Türkiyənin Radio və Televiziya Şurası (RTÜK) tərəfindən araşdırma başladılıb.
RTÜK sədri Ebubekir Şahin məsələ ilə bağlı "X" hesabında paylaşım edib.
"Biz qadınları təhqir edən, qadınlarımızı aşağılayan istehsallara diqqət yetiririk. Dəfələrlə qeyd etdiyimiz kimi, qadınlar və uşaqlar bizim qırmızı xəttimizdir. Biz bu məsələyə həssaslıqla diqqət yetirməyə davam edəcəyik. Mübahisəli səhnələrin yer aldığı seriala həm vətəndaşlarımızın reaksiyalarından xəbərdarıq və diqqətlə izləyirik. Yayımlanmağa başladığı andan yayım prinsiplərini pozduğu hesab edilən səhnələrin yer aldığı serialla bağlı lazımi araşdırmaya başlamışıq. Biz qadınları aşağılayan və onların əmtəə kimi görünməsinə səbəb olan və ya qadına qarşı sui-istifadəni ehtiva edən istehsallara heç vaxt icazə verməmişik və verməyəcəyik", - deyə o qeyd edib.

Qeyd edək ki, "Taş Kağıt Makas" serialında Burak Yörüyün canlandırğı Fecir Emirkıran obrazı, 4 qadından onlara son model avtomobil vermək müqabilində it kimi hürmələrini istəyib. 8 Mart Qadınlar Bayramı öncəsi yayımlanan bu səhnə bir çox izləyicini qəzəbləndirib.
Sözügedən görüntüləri təqdim edirik:
BAKU.WSOxşar xəbərlər
3 il sonra ekranlara qayıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qalmaqallı serial cəzalandırıldı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məşhur serialda ləvəngidən danışıldı - Video [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan: Türkiyə AŞPA-nın Azərbaycanla bağlı mövqeyini səhv hesab edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fəxrəddin Qocadan Qənirə Paşayeva ilə bağlı paylaşım [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












