Əhməd İsmayılov: II Şuşa Qlobal Media Forumunun əsas mövzusu və məqsədi dezinformasiyaya qarşı mübarizə olub
II Şuşa Qlobal Media Forumunun əsas mövzusu dezinformasiyaya qarşı mübarizə idi.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.
O bildirib ki, forumu keçirməkdə məqsəd həm yerli, həm də beynəlxalq media ictimaiyyətinin diqqətini bu sahədə görülə biləcək tədbirlərə cəlb etmək olub:
“Forumun I günündə Prezident İlham Əliyevin forum iştirakçıları ilə görüşü Azərbaycanda media sahəsinə göstərilən diqqətin təzahürüdür. Forum çərçivəsində keçirilən panel sessiyada dezinformasiyaya qarşı mübarizə, eləcə də saxta xəbərlərin yayılması ilə bağlı məsələlər həm yerli, həm də beynəlxalq ekspertlərin diqqət mərkəzində oldu. Onların ümumi fikirləri bundan ibarət idi ki, dezinformasiya ilə mübarizə üçün beynəlxalq platforma yaradılmalıdır".
Oxşar xəbərlər
Şuşada 2-ci Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edir - CANLI
Prezident İlham Əliyev: Əminəm ki, Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib, Prezident İlham Əliyev Forumda iştirak edib - VİDEO - YENİLƏNİB
XI Qlobal Bakı Forumu başa çatıb
Prezident İlham Əliyev: Biz Qlobal Cənubla Qlobal Şimal arasında körpülər qururuq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













