"Kaspi" qəzeti 144 illiyini qeyd edir
sizinxeber.az xəbər saytı

"Kaspi" qəzeti 144 illiyini qeyd edir


Bu gün "Kaspi" qəzetinin 1881-ci il yanvarın 1-də ilk nömrəsinin çıxmasından 144 il ötür.

“Report” xəbər verir ki "Kaspi" uzun müddət Bakıda yeganə dövri nəşr olub. Əvvəlcə qəzet həftədə iki dəfə, sonra isə üç dəfə çıxırdı. 1884-cü ildən qəzet gündəlik nəşr olunmağa başlayıb.

Qəzetin ilk baş redaktoru Viktor Kuzmin olub. 144 illik tarixi ərzində qəzetə bir çox görkəmli şəxsiyyətlər rəhbərlik edib. Onların arasında ictimai və dövlət xadimi Əli Mərdan bəy Topçubaşov xüsusi yer tutur. O, 1897-ci ildə mesenat Hacı Zeynalabdin Tağıyev qəzeti aldıqdan sonra "Kaspi"nin baş redaktoru olub. Topçubaşov "diyar əhalisinin maarifləndirilməsi" və "cəhalət və yoxsulluqdan qurtuluş"u qəzetin missiyası elan edib.

"Kaspi"nin nəşri 1919-cu ildə dayandırılıb və XX əsrin sonunda yenidən bərpa olunub. O zaman Azərbaycan dilində "Kaspi" qəzeti də çıxmağa başlayıb.

“Kaspi” və "Kaspiy" qəzetləri 2021-ci ildən Azərbaycanın ən böyük media holdinqi olan “Global Media Group”un tərkibinə daxildirlər.

Rus dilində nəşr olunan "Kaspiy"in baş redaktoru tanınmış jurnalist Vyaçeslav Sapunov, Azərbaycan dilində dərc olunan qəzetin baş redaktoru isə əməkdar jurnalist İlham Quliyevdir.

"Üç əsrin qəzeti" müasir və gözəl dizaynda çıxır. Hər şənbə günləri çap olunan rəngli, 16 səhifəlik "Kaspi"də siyasi, iqtisadi, sosial, mədəni və idman materialları dərc edilir.

"Kaspi"nin materiallarını Kaspi.az və Kaspiy.az saytlarında da oxumaq mümkündür.

“Report” informasiya agentliyinin kollektivi hər iki "Kaspi"dəki həmkarlarını əlamətdar tarix münasibətilə təbrik edir və yeni yaradıcılıq uğurları arzulayır!

Oxşar xəbərlər

Oxucu olmadan işıq üzü görən "Əkinçi" qəzeti - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Oxu.Az-ın, “Report”un və “Kaspi” qəzetinin əməkdaşları MEDİA-nın müsabiqəsində qalib oldular [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Azərbaycan müəllimi" qəzetinin 90 illik yubileyi münasibətilə tədbir keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Kaspi”nin əməkdaşı beynəlxalq festivalın münsiflər heyətinin üzvü seçilib  [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Quliyev: Qəzetdə işləmək üçün mütaliən olmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle