Yeni radionun açılması üçün müsabiqəyə sənəd qəbulu başa çatıb
Audiovizual Şuranın elan etdiyi müsabiqəyə sənəd qəbulu başa çatıb.
Şuradan Sizinxeber.az-ya verilən xəbərə görə, ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün Azərbaycan Respublikası Audiovizual Şurasının 23 yanvar 2024-cü il tarixdə elan etdiyi müsabiqə üzrə sənəd qəbulu başa çatıb. Müsabiqəyə 2 ərizəçi sənədlərini təqdim edib:
"Sağlam Media" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: "Sağlam Radio")
"Orion Sky" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: "Həyat FM")
"Media haqqında" Azərbaycan Respublikası Qanununun 52.4-cü maddəsinə əsasən növbəti 10 iş günü müddətində təqdim olunmuş sənədlərə baxılacaq və ərizəçilərin müsabiqəyə buraxılmaları və ya müsabiqəyə buraxılmasından imtina edilmələri barədə qərarlar qəbul ediləcək.
Oxşar xəbərlər
Borrell: "Aİ ölkələri ABŞ-nin Qırmızı dənizdəki əməliyyatına qoşulacaq"
Bu il ən çox şikayət "Bank of Baku"dan olub - Renkinq
Ramil Şeydayevin komandası baş məşqçisi ilə yollarını ayırıb
"Azəriqaz"ın ödəniş sistemlərinin fəaliyyəti müvəqqəti dayandırılır
Rusiya səfiri: "Qarabağ məsələsi bağlanıb"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













