RTÜK-ün sədr müavini: Naxçıvan Azərbaycana və bütövlükdə türk dünyasına açılan qapıdır
Naxçıvan Azərbaycana və bütövlükdə türk dünyasına açılan qapıdır.
Bunu "Sizinxeber.az"un yerli bürosuna açıqlamasında Türkiyə Radio və Televiziya Ali Şurasının (RTÜK) sədr müavini Orxan Karadaş deyib.
O, 2024-cü ildə Naxçıvan Muxtar Respublikasının yaranmasının 100-cü, Türkiyə Cümhuriyyətinin qurulmasının isə 101-ci ildönümü olduğunu xatırladaraq, bunu əlamətdar tarix kimi dəyərləndirib:
“Bunları düşünərək, Türkiyədə təhsil alan 15 ölkədən olan 26 tələbənin qatıldığı "Gələcəklə ünsiyyət" adlı XIV beynəlxalq konfransı növbəti konfransı Naxçıvanda gerçəkləşdirdik. Gördüyünüz kimi, konfransda tələbələrimiz maraqlı təqdimatlarla çıxış etdilər. İnanıram ki, keçirilən tədbirlər maraqla qarşılandı və davamlı olacaq.
Ümumiyyətlə, belə tədbirlər iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə təkan verəcək. Naxçıvanı, bu diyarın tarixi keçmişini, yetişdirdiyi böyük şəxsiyyətləri bir daha yad etmək imkanımız oldu.
Sabah Naxçıvan Dövlət Universitetində beynəlxalq seminar keçiriləcək. Əsas məqsəd türk tarixini, mədəniyyətini tələbələrə daha dərindən öyrətmək, eyni zamanda, dostluq əlaqələrimizin inkişafına töhfə verməkdir”.
Oxşar xəbərlər
Naxçıvanda "Gələcəklə ünsiyyət" adlı beynəlxalq konfrans keçirilir
Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası ləğv edilib
Nazir müavini: Türk Dövlətləri Təşkilatı daha da güclü olacaq
Rektor: 15 illik yol Türk Dövlətləri Təşkilatı üçün çox məhsuldar olub
Naxçıvan Muxtar Respublikasının yaradılmasından 100 il ötür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













