MŞ-nin sədr müavini: Xarici qüvvələr Azərbaycana qarşı mediada dezinformasiyalar yaymağa cəhd edirlər
Xarici qüvvələr Azərbaycana qarşı mediada Qarabağ məsələsi, din, insan haqları mövzusunda dezinformasiyalar yaymağa cəhd edirlər.
"Report" xəbər verir ki, bunu Mətbuat Şurasının sədr müavini, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu "Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları" mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, siyasi sistemə qarşı qeyri-obyektiv, Qərb dəyərləri kimi manipulyativ fikirlərdən istifadə edilir, Azərbaycan enerji ixracatçısı kimi hədəfə alınır:
"Bizim ayrı-ayrı ölkələrdə olan enerji ixracatçı şirkətlərimiz hədəfə alınır. Geosiyasi mövqeyimiz hədəf alınır, məqsəd regional əməkdaşlığa ziyan vurmaqdır. Qlobal təşkilatlarla münasibətlərin pozulması üçün birtərəfli qaydada müəyyən çirkli kampaniyaların aparıldığı müşahidə edilir".
V.Zifəroğlu erməni lobbisinin maliyyə dəstəyi ilə xarici mediada Azərbaycan qarşı təbliğat işləri aparıldığını diqqətə çatdırıb.
O qeyd edib ki, informasiya təhlükəsizliyi bu gün ölkələr üçün prioritet məsələlərdən biridir:
"Sosial mediada saxta xəbər ciddi problemdir. Qlobal güclər hər hansı bir ölkələrin informasiya məkanına sosial şəbəkələr vasitəsilə daxil olmağa çalışırlar".
MŞ-nin sədr müavini deyib ki, Azərbaycanın enerji layihələrinə qarşı təklifləri ilə bağlı müxtəlif istiqamətlərdə manipulyayativ təbliğatlara rast gəlinir:
"Bütün bunların məqsədi Azərbaycanın mövqeyini zəiflətmək, pozucu fəaliyyətlər ortaya qoymaqdır. Media olaraq bizim qarşımızda duran əsas məqsəd isə dəqiq və obyektiv prinsiplərə söykənməkdir. Bundan başqa, jurnalistlərin peşəkar hazırlığı, müəyyən rəqəmsal bacarıqlarının təkmilləşdirilməsi və gücləndirilməsi önəmlidir".
O əlavə edib ki, Azərbaycan mediasının bu vəzifələri həyata keçirməsi ölkənin informasiya müharibəsində daha güclü və davamlı olmasını təmin edəcək.
Oxşar xəbərlər
PA rəsmisi: COP29 ərəfəsində və ya sonra Azərbaycana qarşı hücumlara hazır olmalıyıq
Əhməd İsmayılov: Medianın yeni formalaşan trendləri özü ilə birlikdə texnoloji təhdidlərə də səbəb olur
Frank Şvabe kimilər erməni lobbisinin tapşırıqlarını yerinə yetirmək üçün dəridən-qabıqdan çıxırlar - RƏY
Dövlət Xidmətinin rəisi: "Azərbaycana çoxlu sayda kiberhücum olur, lakin hamısını açıqlaya bilmirik"
Şuşada "Dini etiqad azadlığı və azad mediada: sərhədlər haradan başlayır" mövzusunda panel müzakirə keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













