Azərbaycan Avropa Müstəqil Mətbuat Şuraları Alyansının konfransında təmsil olunub
- 9-09-2024, 19:00
- Media
- 0
- 769
Londonda Avropa Müstəqil Mətbuat Şuraları Alyansının (AİPCE) illik toplantısı keçirilib.
"Sizinxeber.az" xəbər verir ki, toplantıda Azərbaycan Mətbuat Şurasının (MŞ) Beynəlxalq əlaqələr komissiyasının sədri Müşfiq Ələsgərli və qurumun İdarə Heyətinin üzvü Yadigar Məmmədli iştirak edib.
Tədbir AİPCE-yə üzv təşkilatların illik hesabatlarının təqdimatı və müzakirəsi ilə başlayıb. Ayrı-ayrı ölkələr üzrə mətbuat şuralarının hesabatlarının dinlənilməsindən sonra təşkilati məsələlərə baxılıb. Növbəti bir il üçün AİPCE-nin fəaliyyətini koordinasiya edəcək katiblik formalaşdırılıb. Həmçinin, AİPCE-də “müşahidəçi üzv” statusu almaq üçün müraciət ünvanlamış qurumlar nəzərdən keçirilib.
Təşkilati məsələlər sırasında AİPCE-nin 2025-ci il konfransının keçiriləcəyi ölkənin adının müəyyənləşdirilməsi də müzakirə edilib və Monteneqronun üzərində dayanılıb. Toplantıda, həmçinin, müasir media trendləri ətrafında da diskussiya gedib. “Süni intellektin jurnalistikaya təsirləri”, “ChatGPT, Google Search və müəllif hüquqları”, “Peşəkar KİV-lərin mövcud problemləri və gələcək təhdidlərə qarşı dayanıqlılığın yaradılması”, “Rəqəmsallaşma dövründə media şuralarının rolu” kimi mövzular üzrə panel sessiyalar təşkil edilib.
Qeyd edək ki, Avropa Müstəqil Mətbuat Şuraları Alyansı (AİPCE) Avropa dövlətlərində fəaliyyət göstərən mətbuat şuralarının koordinasiyasını həyata keçirən beynəlxalq təşkilatdır. 2024-cü ildən etibarən başqa qitələrdəki mətbuat şuralarının da AİPCE-yə müşahidəçi üzv statusunda iştirakına qərar verilib. Azərbaycan Mətbuat Şurası isə AİPCE-nin tamhüquqlu üzvüdür və onunla sıx əməkdaşlıq şəraitində çalışır.


width="220" alt="Mətbuat Şurası "Azərbaycan media landşaftı üzrə məlumat bazası" layihəsi çərçivəsində növbəti konfransını keçirib" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />