III Şuşa Qlobal Media Forumu başa çatıb
sizinxeber.az xəbər saytı

III Şuşa Qlobal Media Forumu başa çatıb


İyulun 19-dan etibarən öz işinə başlayan və üç gün davam edən III Şuşa Qlobal Media Forumu yekunlaşıb.

Sizinxeber.az xəbər verir ki, Prezident İlham Əliyevin iştirakı ilə keçirilən Forum çərçivəsində bir sıra aktual panellər təşkil olunub.

“İnnovativ yanaşmalar: Rəqəmsal dövrdə media savadlılığı”, “Media savadlılığı informasiya təhlükəsizliyinin təminatı kimi” və “Sosial medianın təkamülü ictimai etimada necə təsir edir: Media Savadlılığının əhatəsində” mövzularında keçirilən müzakirələrdə beynəlxalq ekspertlər, vətəndaş cəmiyyətinin nümayəndələri fikir və təcrübə mübadiləsi aparıblar.

Qeyd edək ki, “Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” mövzusuna həsr olunmuş tədbirə 52 ölkədən 140-a yaxın nümayəndə qatılıb.Onların arasında 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat, 80-ə yaxın media qurumu və digər aidiyyəti sahələrin təmsilçiləri yer alıb.

Tədbir çərçivəsində iştirakçılar Ağdama səfər edərək Ağdam İmarət Kompleksi, Sənaye Parkı, dəmir yolu və avtovağzal kompleksi ilə tanış olublar. Forumun sonunda isə açıq havada konsert proqramı və şam yeməyi təşkil olunub.

Oxşar xəbərlər

III Şuşa Qlobal Media Forumunun üçüncü günü başlayıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
III Şuşa Qlobal Media Forumu panellərlə davam edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
III Şuşa Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev tədbirdə iştirak edib - VİDFO - FOTO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şuşada 2-ci Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edir - CANLI [xfgiven_updateblue][/xfgiven_updateblue]
TRT World-ün aparıcısı: Bir çox insan media savadlılığının nə olduğunu anlamır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər