Dünyanın ən yaşlı insanı Yaponiyada vəfat edib
sizinxeber.az xəbər saytı

Dünyanın ən yaşlı insanı Yaponiyada vəfat edib


Dünyanın ən yaşlı insanı Tomiko İtuka 116 yaşında vəfat edib.

“Report” xəbər verir ki, 2019-cu ildən xanım İtukanın yaşadığı Aşiya şəhərindəki qocalar evinin nümayəndəsi “Kyodo” agentliyinə ölümün təbii səbəblərdən baş verdiyini açıqlayıb.

Tomiko İtuka 1908-ci ilin may ayında Yaponiyanın Osaka şəhərində anadan olub. 20 yaşında ailə qurub və dörd uşaq dünyaya gətirib. Tomiko İtuka 71 yaşında, 1979-cu ildə dul qalıb, lakin aktiv həyat tərzini və idmanla məşğul olmağı davam etdirib.

Tomiko İtuka 2024-cü ilin sentyabrında Yer kürəsinin ən yaşlı sakini tanınıb. O zaman onun 116 il və 116 günü var idi. Ondan əvvəl Yer kürəsinin ən yaşlı insanı ispaniyalı Mariya Branyas Morera hesab olunurdu. O, 2024-cü ilin avqustunda 117 yaş və 169 günlük yaşında vəfat edib.

Oxşar xəbərlər

Yaponiyada dünyanın ən yaşlı insanı vəfat edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dünyanın ən uzunömürlü sakini vəfat edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dünyanın ən yaşlı insanı vəfat edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dünyanın ən yaşlı sakini 117 yaşında öldü [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dünyanın ən yaşlı futbolçusu vəfat edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər