Türkiyənin İzmir vilayətinin Kemalpaşa rayonundakı meşəlik ərazidə yanğın başlayıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata görə, yanğının məhdudlaşdırılması üçün əraziyə 1 təyyarə, 4 helikopter, 24 yanğınsöndürən maşın cəlb olunub.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.