Goranboyda yeniyetmə qızı maşın vurub.

Sizinxeber.az-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonunda yerləşən marketlərin birinin qarşısında qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən Bakı şəhər sakini 2014-cü il təvəllüdlü Z.Bayramovanı vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır .