Gəncədə 15 yaşlı oğlanı maşın vurub.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, avtomobil yolu qarşı tərəfə keçmək istəyən Şəmkir rayon sakini 2010-cu il təvəllüdlü E.Rəhimlini vurub.

Yeniyetmə xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.