Şamaxı və Xızı rayonlarında 3,6 maqnitudalı zəlzələ olub.

Bu barədə Sizinxeber.az-ya Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Yerli vaxtla saat 10:18-də baş verən zəlzələnin ocağı 5 km dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 4, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.