Qazax rayonunda ağır yol qəzası baş verib.
“Sizinxeber.az”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Abbasbəyli kəndində qeydə alınıb.
Belə ki, BMW markalı avtomobilin idarəetmədən çıxaraq divara çırpılması nəticəsində 1997-ci il təvəllüdlü Ramal Vəliyev, 2000-ci il təvəllüdlü Zaur Əhmədov, 1997-ci il təvəllüdlü Rafət Nəsibov və 2004-cü il təvəllüdlü Göyüş Nəbiyev aldıqları ağır xəsarətdən ölüb.
Faktla bağlı araşdırma aparılır.