İqlim dəyişikliyi və onun fəsadları siyasi sərhəd tanımır.
"Sizinxeber.az" xəbər verir ki, bunu ekologiya va təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov “Ümumdünya Qida Təhlükəsizliyi Günü: Elm fəaliyyətdədir” mövzusunda keçirilən konfrans çərçivəsində baş tutan "Qida sistemlərinin rolu: insan, heyvan və ətraf mühit sağlamlığının inteqrasiyası" adlı paneldə deyib.
Onun sözlərinə görə, insanlar bəzən havanın bir dərəcə isinməyi ilə iqlim dəyişikliyinin baş verəcəyini, bunun fəsadlara səbəb olacağını fərq etmirlər:
"Amma bu dəyişikliyin uzunmüddətli prespektivdə ətraf mühitin tarazlığının pozulmasına çox neqativ təsirləri var. Dövlət qurumları bunun fərqindədirlər. Bu səbəbdən, mövcud alətlərdən maksimum dərəcədə effektiv istifadə etməyə çalışırıq".