Azərbaycanda ödənişli xidmət göstərən publik hüquqi şəxslərin dövlət büdcəsindən maliyyələşməsini məhdudlaşdırmaq lazımdır.
“Report” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, bu barədə hökumətin tapşırığı var və bu istiqmətdə aktiv işlər aparılır: “Düşünürəm ki, publik hüquqi şəxslərin sırasında optimallaşdırma istiqamətində nəticələr əldə edəcəyik”.