Bəzi NATO ölkələri qərargahda gizlənərkən gürcü əsgərlər Əfqanıstanda ön cəbhədə dayanırdı.

"Sizinxeber.az"un Gürcüstan bürosu xəbər verir ki, bunu ölkə parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ölkəsi yalnız müstəqillik əldə etməklə kifayətlənməyib, eyni zamanda, beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvünə çevrilib.

“Biz bir çox beynəlxalq missiyada iştirak etmişik. NATO-nun bəzi üzv ölkələri qərargahlarında gizlənərək Əfqanıstana cəmi 30 nəfərlik kontingent göndərirdilər, amma gürcü əsgərlər ön cəbhədə dayanırdı. Bu, Gürcüstanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfədir”, - parlament sədri qeyd edib.

Papuaşvili əlavə edib ki, bu gün Gürcüstan hakimiyyətini təbrik edən hər kəs əslində gürcü xalqına minnətdarlıq bildirir.