Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.
"Report"un məlumatına görə, Milli Gimnastika Arenasında baş tutan günün E qrupunun görüşündə Monteneqro yığması Kosta Rikanı darmadağın edib.
Qarşılaşma avropalıların 9:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu qrupun digər matçında, saat 20:45-də Tailand - İndoneziya ilə üz-üzə gələcək.