Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.

"Sizinxeber.az"un məlumatına görə, B qrupunun II turunda Rumıniya və Çad milliləri üz-üzə gəliblər.

Milli Gimnastika Arenasındakı qarşılaşma Afrika təmsilçisinin qələbəsi ilə bitib - 4:2.

Qrupun bu gün baş tutmuş digər matçında Fransa Özbəkistanla bərabərə qalıb - 3:3.

Fransızlar ilk görüşdə Çadı məğlub edib - 1:0. Özbəkistan millisi isə Rumıniyaya 1:2 hesabı ilə uduzub.

Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.