Qazaxıstanın Türkiyədəki səfiri Yerkebulan Sapiyev əlavə olaraq Qazaxıstanın Türk Dövlətləri Təşkilatında (TDT) daimi nümayəndəsi təyin edilib.

Bu barədə “Sizinxeber.az”un Qazaxıstan bürosu “Akorda”ya istinadən xəbər verir.

Müvafiq fərman Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən mayın 22-də imzalanıb.

TDT-yə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan daxildir. Macarıstan və Türkmənistan təşkilatda müşahidəçi statusuna malikdir.