“Sizinxeber.az” İnformasiya Agentliyinin Avropada yeni bürosu fəaliyyətə başlayıb.
Büro Belçikanın paytaxtı Brüsseldə yerləşir. Yeni büroya rəhbər “Sizinxeber.az” agentliyinin baş redaktorunun müavini Kəmalə Mustafayeva təyin edilib.
Bu "Sizinxeber.az"un 8-ci xarici bürosudur.
Xatırladaq ki, “Sizinxeber.az”un ABŞ-də, Fransada, Türkiyədə, Ukraynada, Rusiyada, Gürcüstanda, Qazaxıstanda büroları fəaliyyət göstərir.
“Sizinxeber.az İnformasiya Agentliyi” 2014-cü ildən fəaliyyət göstərir. “Global Media Group” holdinqin tərkibinə daxildir.