Filippinin mərkəzi Neqros adasında yerləşən Kanlaon vulkanı aktivləşib.

Sizinxeber.az xəbər verir ki, bu haqda Filippin Vulkanologiya və Seysmologiya İnstitutu (PHIVOLCS) məlumat yayıb.

Bu gücə yerli vaxtla gecə saat 02:55-də Kanlaon vulkanının zirvə kraterində orta dərəcədə partlayıcı püskürmə baş verib və nəticədə 4,5 kilometr hündürlüyə çatan kül və tüstü sütunu əmələ gəlib. Vulkanın püskürməsi 5 dəqiqə davam edib

Qeyd edək ki, vulkan Negros Ossidental və Negros Oriental əyalətləri arasında yerləşən Kanlaon arxipelaqdakı 24 aktiv vulkandan biridir.

Vulkanın hündürlüyü 2,4 min metrdən çoxdur.