Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Suriya Ərəb Respublikasının xarici işlər naziri Əsəd Həsən Əl-Şaybani ilə görüşüb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüş Türkiyə-İordaniya-Suriya xarici işlər nazirlərinin toplantısı çərçivəsində baş tutub.

Görüşdə ikitərəfli və regional məsələlər müzakirə olunub.