Ölkə.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

"Biz operativ şəkildə bütün işçiləri təxliyə etdik, heç kim xəsarət almayıb", - məlumatda qeyd olunub.

"Ötən gecə Sankt-Peterburqa pilotsuz uçuş aparatlarının hücumları zamanı Nevski, Krasnoselski, Krasnoqvardeyski, Moskva rayonlarında və "Peterburq neft terminalı"nın ərazisində mülki infrastruktur obyektlərində yanğın baş verib", - şəhərin qubernatoru Aleksandr Beqlov bildirib.

Onun sözlərinə görə, hücumlar nəticəsində bir nəfər həlak olub, daha beş nəfər yaralanıb.