Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil yolu keçmək istəyən 2007-ci il təvəllüdlü A.Məmmədovanı vurub. Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Həkimlərin verdiyi məlumata əsasən, onun vəziyyəti kafidir.

Faktla bağlı araşdırma aparılır.