Gəncə şəhərində piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1994-cü il təvəllüdlü Rəna Zeynalovanı vurub.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.