Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı minik avtomobili yolu keçmək istəyən 1973-cü il təvəllüdlü Lətifə İsmayılovanı vurub.

Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.