Gəncədə piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.
Hərəkətdə olan "Lada Niva" markalı minik maşını 1985-ci il təvəllüdlü E.Qurbanovu vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.