Cəlilabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad-Yardımlı yolunun Cəlilabadın Təklə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 A.Əlili idarə etdiyi "VAZ" markalı avtomobillə kənd sakini, 2015-ci il təvəllüdlü Aytən Ağazadəni vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.