Göyçay rayonunda 51 yaşlı kişi xəstəxanada əməliyyat zamanı ölüb.

"Report" xəbər verir ki, Ucar rayon sakini, 1974-cü il təvəllüdlü Vidadi İsgəndərov Göyçay Mərkəzi Xəstəxanasında damar əməliyyatı olunub.

Ancaq əməliyyatdan sağ çıxmayıb. 

Faktla bağlı araşdırma aparılır.