ABŞ-ın Texas ştatında 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə ölkənin Geoloji Xidməti məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri Nyu-Meksiko ştatının Uayts-Siti şəhərindən 57 km cənubda yerləşib. Yeraltı təkanların ocağı 6,3 kilometr dərinlikdə olub.

Hazırda xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.