İsraildə Eştaol meşəsində güclü yanğınlar başlayıb.


Sizinxeber.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.


Yanğının söndürülməsinə 50-yə yaxın yanğınsöndürmə briqadası, 10 yanğınsöndürən təyyarə və bir helikopter cəlb olunub.


AFP-nin məlumatına görə, İsrailin müdafiə naziri orduya yanğına nəzarət etmək üçün qüvvələr göndərməyi əmr edib.