Ağstafa rayonunun Tatlı kəndində canavarlar kənd sakininə məxsus qoyun sürüsünə hücum edib.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, hadisə E.Məmmədova məxsus fermada baş verib.

Vəhşi heyvanlar fermaya girərək 27 xırdabuynuzlu heyvanı parçalayıb, 10-nu yaralayıb.

Hadisə nəticəsində fermerə ciddi maddi ziyan dəyib.