Fələstinin Qəzza zolağında HƏMAS hərəkatının lideri Xəlil əl-Həyya radikalların tərksilah edilməsinə qəti şəkildə qarşı çıxıb.

"Sizinxeber.az"un məlumatına görə, onun videomüraciəti Qətərin "Al Jazeera" telekanalı tərəfindən yayımlanıb.

"HƏMAS-ın və onun silahlarının mövcudluğu birbaşa işğalla bağlıdır. Silah gəzdirmək xalqımızın nümayəndələrinin təbii haqqıdır", - əl-Həyya deyib.

O, həmçinin bildirib ki, İsrailin son təklifində “məqbul olmayan şərtlər” var.

Əl-Həyya qeyd edib ki, Fələstinin HƏMAS hərəkatı vasitəçilərin martın sonunda irəli sürdükləri Qəzza zolağında atəşkəs təklifi ilə razılaşıb, İsrail isə şərtlərdən imtina edib.