Ölkənin aparıcı banklarından olan "Expressbank" ASC "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin keçirdiyi ənənəvi tədbirdə mükafatlandırılıb.

Bank fəaliyyət göstərdiyi sosial və strateji istiqamətlər üzrə 4 fərqli nominasiyada təltif olunub.

Nominasiyalar aşağıdakı sahələri əhatə edib:

• Korporativ Sosial Məsuliyyət

• Maliyyə Savadlılığı Dəstəkçisi

• Təhsil Dəstəkçisi

• Dayanıqlı Bankçılıq üzrə layihələr

Bank bu və digər sahələrdəki fəaliyyətinə ciddi önəm verir və daha genişmiqyaslı layihələri həyata keçirməyi planlaşdırır.

"Expressbank"ın fəaliyyəti ötən illərdə də ABA-da müxtəlif istiqamətlər üzrə müsbət qiymətləndirilib və müvafiq nominasiyalar üzrə mükafatlara layiq görülüb.