Gürcüstanın Baş naziri İrakli Kobaxidze Antalya Diplomatiya Forumunda iştirak edəcək.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstanın hökumət administrasiyası yayıb.

Bildirilib ki, hökumət başçısı 11-13 aprel tarixlərində keçiriləcək forumda iştirak etmək məqsədilə Türkiyəyə səfər edəcək. Hökumət başçısını forumda xarici işlər naziri Maka Boçorişvili müşayiət edəcək.