Göyçayda vətəndaşa məxsus yeşik sexində güclü yanğın başlayıb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, yanğın rayon ərazisində qeydə alınıb.
Hadisə yerinə FHN-in Göyçay rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğının səbəbləri araşdırılır.