Neftçala rayonunda narkokuryerlikdə şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Elsevər Cəbrayılov saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib. 

Bildirilib ki, ondan 9 kiloqramdan artıq heroin və marixuana aşkar edilərək götürülüb. Dindirilmə zamanı E.Cəbrayılov pul müqabilində narkokuryerlik etdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb, E.Cəbrayılov barəsində həbs qətimkan təbiri seçilib.

Araşdırmalar davam etdirilir.