Gəncədə su qızdırıcısının partlaması nəticəsində xəsarət alan 57 yaşlı şəxs 13 gün sonra xəstəxanada dünyasını dəyişib.

"Report"un Qərb bürosunun məlumatına görə, martın 15-də ağır yanıq xəsarətləri alan 1968-ci il təvəllüdlü Əli Xudiyev bu gün müalicə aldığı tibb müəssisəsinin Reanimasiya şöbəsində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.